WUF13 çərçivəsində “Urban Expo” sərgisinin rəsmi açılış mərasimi olub.
APA xəbər verir ki, açılışda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax iştirak ediblər.
Qeyd edək ki, onlar qırmızı lenti kəsərək rəsmi açılışı ediblər.