RU

Atmağa heyfi gəldi: Hobbi olaraq başladı, sifarişlərin ardı arası kəsilmir FOTO

ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hatayda 50 illik mebel ustası Heybət Qaya atelyedə artıq qalan taxta parçalarını zibilə atmağa heyfi gəldiyi üçün onlardan oyuncaq maşınlar düzəltməyə başlayıb. Bu gün onun əl işi olan taxta maşınlar bütün Türkiyədən sifariş alır.

Milli.Az bu maraqlı uğur hekayəsinin detallarını təqdim edir:

İskəndərun rayonunda yaşayan 58 yaşlı Heybət usta uşaq yaşlarından bəri mebel emalatxanasında işləyir. Son 5 ildir ki, mebel istehsalından qalan artıq taxta parçalarını dəyərləndirmək qərarına gəlib. "Atmadım, ata bilmədim, heyfim gəldi" deyən usta bu parçalardan maket maşınlar hazırlamağa başlayıb. Zamanla ortaya çıxan modellər o qədər bəyənilib ki, hobbi olaraq başladığı bu iş ciddi bir tələbata çevrilib.

Heybət ustanın hazırladığı avtomobillər həm uşaqlar üçün oyuncaq, həm də böyüklər üçün hədiyyəlik əşya kimi maraq doğurur:

Doğum günləri üçün hədiyyələr, şirkətlər üçün loqolu xüsusi modellər hazırlanır.

İstanbul, Bursa, Karabük və Adana kimi şəhərlərdən sifarişlər gəlir.

Ustanın sözlərinə görə, sərgilərdə onun əl işlərini görənlər bu maşınların İskəndərunda hazırlandığına inanmaqda çətinlik çəkirlər.

Mebeli buraxıb tamamilə bu işə keçmək istəyir

Hazırda bu işi əlavə məşğuliyyət kimi davam etdirən Heybət usta gələcək planları haqqında belə deyir:

"İnsanlar bu işləri çox bəyəndilər. Hazırda əlavə iş kimi davam edir, amma gələcəkdə mebel işini tamamilə buraxıb, yalnız bu işlə məşğul olmaq istəyirəm."

50 ilini taxtaya forma verməyə həsr edən usta, indi tullantı hesab olunan parçalardan sənət əsərləri yaradaraq həm təbiəti qoruyur, həm də sənətkarlığını yaşadır.Lalə Qüdrətova

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
31
2
news.milli.az

3Источники