RU

"Brent" markalı neftin qiyməti mayın 5-dən bəri ilk dəfə 111 dolları ötüb

"Brent" markalı neftin qiyməti mayın 5-dən bəri ilk dəfə 111 dolları ötüb

Londonun "ICE" birjasında keçirilən hərracların məlumatına görə, "Brent" markalı neftin iyul fyuçerslərinin qiyməti mayın 5-dən bəri ilk dəfə bir barel üçün 111 dolları keçib.

AFN.az xəbər verir ki, Bakı vaxtı ilə gecə saat 02:00-a olan məlumatlara əsasən, "Brent" neftinin qiyməti 1,91% artaraq bir barelə görə 111,35 dollar təşkil edib.

Səhər saat 06:00-a yaxın isə artım tempi daha da sürətlənib və "Brent" markalı neft 1,96% bahalaşaraq bir barel üçün 111,40 dollar səviyyəsində ticarət olunub.

Избранный
35
afn.az

1Источники