RU

Elon Maskın platforması Fransa hüquq mühafizə orqanlarının diqqətində

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fransada sahibkar Elon Musk və onun sahibi olduğu X barəsində cinayət araşdırması başlanılıb.Demokrat.az xəbər verir ki, bu barədə “Le Monde” nəşri məlumat yayıb.Araşdırmaya səbəb İlon Maskın Paris prokurorluğunun 20 aprel tarixli dindirilmə çağırışına məhəl qoymaması olub.Fransa hüquq-mühafizə orqanları artıq ötən ildən etibarən “X” platformasında mümkün qayda pozuntularını araşdırır. İddialar platformanın alqoritmlərinin işləməsi, istifadəçi məlumatlarının istifadəsi və süni intellekt əsaslı “Grok” çat-botunun yaratdığı məzmunla bağlıdır.

Məlumatda bildirilir ki, “Grok” tərəfindən antisemit məzmunlar, Holokostun inkarına dair yazılar və uşaq istismarı ilə bağlı qeyri-qanuni kontentlərin yaradıldığı iddia olunur.Fransa prokuroru Lor Beko qeyd edib ki, Mask çağırışlara əməl etmədiyi halda onun barəsində beynəlxalq həbs orderinin verilməsi də istisna edilmir.(bizim.media)Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
26
2
demokrat.az

3Источники