RU

Mahmud Abbasın oğluna FƏTH də vəzifə verildi

ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bazar günü Fələstin hərəkatının illər sonra baş tutan qurultayının ilkin nəticələri açıqlanıb. Məlum olub ki, Fələstin Prezidenti Mahmud Abbasın oğlu Yasir Abbasa FƏTH-in Mərkəzi Komitəsində yer verilib.

Axar.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Məlumata görə, FƏTH-in həbsdə olan lideri Mərvan Bərquti ilkin nəticələrdə ən çox səs toplayaraq, yerini qoruyub saxlayıb.

2017-ci ildən bəri komitənin baş katibi olan Cibril Racub da öz vəzifəsində qalıb.

Fələstin vitse-prezidenti Hüseyn əş-Şeyx, FƏTH liderinin müavini Mahmud əl-Əlul və Fələstin kəşfiyyatının keçmiş rəhbəri Taufiq Tiravi də Mərkəzi Komitədə yer alıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
52
3
axar.az

4Источники