RU

Tehran Ermənistanın tərəfini saxladı: Bayraq insidenti İranı hərəkətə keçirdi - FOTO

İranın Ermənistandakı səfirliyi İsrail telekanalında Ermənistan bayrağının əvəzinə Azərbaycan bayrağının göstərilməsi ilə bağlı açıqlama yayıb.

Musavat.com xəbər verir ki, səfirlik bəyanatında Ermənistanın tarixi sivilizasiya olduğu vurğulanıb və bildirilib ki, heç kim Ermənistan bayrağının yerinə başqa ölkənin bayrağını göstərə bilməz.

Açıqlamada İranın hər zaman Ermənistanı dəstəklədiyi də qeyd olunub.

Qeyd edək ki, qalmaqal İsrailin dövlət telekanalı “Kan 11”in “Eurovision” mahnı müsabiqəsinin yarımfinal yayımı zamanı Ermənistanı təqdim edərkən ekranda səhvən Azərbaycan bayrağını göstərməsindən sonra yaranıb.

Musavat.com

Избранный
25
6
musavat.com

9Источники