İranın Ermənistandakı səfirliyi İsrail telekanallarından birinin efirində erməni bayrağı əvəzinə Azərbaycan bayrağının nümayiş etdirilməsi ilə bağlı insidentə özünəməxsus tərzdə reaksiya verib.
Bu barədə Moderator.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.
"Heç kim Ermənistan Respublikasının gözəl bayrağının əvəzinə başqa bayraq göstərə bilməz. Ermənistan tarixi sivilizasiyadır və İran hər zaman onu dəstəkləyib", - deyə Ermənistana olan xüsusi münasibətini gizlətməyən diplomatik missiyadan bildirilib.