RU

ABŞ Çin ilə müharibə aparmaq istəmir -Tramp

ABŞ Tayvanın müstəqilliyi məsələsinə görə Çinlə müharibəyə getmək istəmir.

Redaktor.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində bildirib. 

"Mən bunu belə deyəcəyəm: istəmirəm ki, kimsə müstəqillik elan etsin və sonra döyüşmək üçün 9500 mil yol qət etsin", - Tramp deyib. 

Tramp vəziyyətin belə qalacağı təqdirdə Pekinin adaya qarşı heç bir tədbir görməyəcəyini də bildirib.

"Biz istəmirik ki, kimsə “Gəlin müstəqillik elan edək, çünki ABŞ bizi dəstəkləyəcək” desin", - Tramp əlavə edib.

Qeyd edək ki, rəsmi Pekin Tayvanı Çinin ayrılmaz hissəsi hesab edir və ABŞ-ın Tayvana silah satışı ənənəvi olaraq Vaşinqton və Pekin arasındakı münasibətlərdə əsas gərginlik nöqtəsi olub.

Избранный
1
4
redaktor.az

5Источники