AZ

Tramp: “Tayvana görə Çinlə müharibə aparmaq istəmirəm” VİDEO

ain.az bildirir, Bizim media portalına istinadən.

ABŞ Tayvanın müstəqilliyi məsələsinə görə Çinlə müharibəyə getmək istəmir.Bizim.Media xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Fox News”a müsahibəsində bildirib."Mən bunu belə deyəcəyəm: istəmirəm ki, kimsə müstəqillik elan etsin və sonra döyüşmək üçün 9500 mil yol qət etsin", - Tramp deyib.Tramp vəziyyətin belə qalacağı təqdirdə Pekinin adaya qarşı heç bir tədbir görməyəcəyini də bildirib." Mən kiminsə müstəqil olmasını istəmirəm. Və bilirsinizmi, müharibə aparmaq üçün 9500 mil yol qət etməliyik? Mən bunu istəmirəm", - Tramp əlavə edib.Qeyd edək ki, rəsmi Pekin Tayvanı Çinin ayrılmaz hissəsi hesab edir və ABŞ-ın Tayvana silah satışı ənənəvi olaraq Vaşinqton və Pekin arasındakı münasibətlərdə əsas gərginlik nöqtəsi olub.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
4
bizim.media

5Mənbələr