RU

Türkiyədə dəhşətli qasırğa: Evlərin damı uçdu, xəsarət alanlar var - VİDEO

Türkiyənin Çorum vilayətinin Sunqurlu rayonuna güclü qasırğa ciddi fəsadlar törədib.

Musavat.com xəbər verir ki, təbii fəlakət nəticəsində evlərin damı uçub, ağaclar kökündən qopub və binalara ciddi ziyan dəyib.

İlkin məlumatlara görə, hadisə zamanı 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Təbii fəlakətin nəticələri ilə yerində tanış olan Çorum valisi Ali Çalgan bildirib ki, xüsusilə Oyaca kəndində vəziyyət daha ağırdır.

Valinin sözlərinə görə, həmin kənddəki tikililərin təxminən 80%-i tamamilə yararsız hala düşüb və yaşayış üçün təhlükəlidir.

Hazırda ərazidə xilasetmə və dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Musavat.com

Избранный
33
1
musavat.com

2Источники