RU

Bunun ölkə üzrə tətbiqi nəzərdə tutulur

Xüsusi icra institutunun mərhələli şəkildə ölkə üzrə tətbiqi nəzərdə tutulur.

Publika.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Xatırladaq ki, daha əvvəl Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyası Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində fəaliyyət göstərəcək şəxslər üçün müsabiqə elan edib.

Nazirlikdən həmçinin bildirilib ki, xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərlə əvvəl test imtahanı, sonra isə müsahibə keçiriləcək.

Hər ikisindən uğurlu keçən namizədlər vakansiyalara uyğun olaraq icbari təlimə buraxılacaqlar.

Избранный
40
2
publika.az

4Источники