RU

Belarus klubunun avrokubok oyunları Sumqayıtda rəsmi

futbolpress-az saytına istinadən ain.az xəbər verir.

Belarusun “Dinamo” (Minsk) klubu UEFA Konfrans Liqasının qrup mərhələsindəki ev oyunlarını Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Minsk klubu oktyabrın 3-də, saat 20:45-də Şotlandiyanın “Harts”, noyabrın 28-də, saat 21:45-də Danimarkanın “Kopenhagen” və dekabrın 12-də, saat 21:45-də Şimali İrlandiyanın “Larn” komandalarını Sumqayıtda qəbul edəcək.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüşlər azarkeşsiz oynanılacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
46
futbolpress.az

1Источники