RU

“Qayıdıb İrandakı əməliyyatı başa çatdıracağıq”

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“ABŞ qayıdacaq və İrandakı əməliyyatı başa çatdıracaq, hazırda o, 70-75% tamamlanıb”. 

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Çindən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında bildirib.

“Biz əməliyyatı 70-75% tamamlamışıq. İşi axıra çatdırmadıq. Qayıdıb hər şeyi tamamlayacağıq”, - dövlət başçısı deyib.

Tramp həmçinin İranın kritik infrastrukturunu 2 gün ərzində məhv etmək iqtidarında olduqlarını diqqətə çatdırıb:

“Biz onların körpülərini və elektrik şəbəkələrini sıradan çıxara bilərdik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
24
5
qafqazinfo.az

6Источники