RU

“Şamaxı”da Ayxan Abbasovu kim əvəz edəcək? Namizədlərin SİYAHISI

ain.az bildirir, Bizim media saytına əsaslanaraq.

"Şamaxı"nı tərk edəcəyini açıqlayan baş məşqçi Ayxan Abbasovun yerinə hazırda 3 yerli namizəd var.Bizim.Media xəbər verir ki, bunlar hazırda işsiz olan Şahin Diniyev, 1-ci Liqanın lideri "Şəfa"dakı performansı ilə adından söz etdirən 34 yaşlı mütəxəssis Elgiz Kərəmli və "Kəpəz"in çalışdırıcısı Azər Bağırovdur.Rəhbərlik 2024-cü ilin noyabrında "Səbail"dən ayrılan Diniyevlə ünsiyyət qurubsa, digər iki məşqçi üçün əsas hədəf indiki iş yerlərində qalmaqdır.Qeyd edək ki, 31 oyuna 35 xal toplayan "Şamaxı" Misli Premyer Liqasının turnir cədvəlində 8-ci pillədə mövqe tutub.Rəşad Rafiqoğlu, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
78
1
bizim.media

4Источники