RU

BƏƏ Hörmüzdən yan keçməklə neft ixrac boru kəmərini istismara verməyi planlaşdırır

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 2027-ci ildə Hörmüz boğazından yan keçməklə neft ixracı üçün yeni boru kəməri istismara verməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb.

Qeyd olunub ki, neft kəməri Əl-Füceyra limanına çəkiləcək. Layihənin həyata keçirilməsi "Abu Dhabi National Oil Co." dövlət şirkətinə neft tədarükünü 2 dəfə artırmağa imkan verəcək.

Избранный
21
2
far.az

3Источники