RU

I Liqa: "Difai"dən minimal hesablı qələbə

Azərbaycan I Liqasında bu gün XXVI tur start götürüb. 

Fanat.Az xəbər verir ki, ilk gündə bir matç baş tutub.

Turun açılış oyunu Şamaxıda baş tutub. "Şimal" ilə qarşılaşan "Difai" minimal hesablı qələbəyə sevinib.

Saat 17:00-da start götürən prinsipial qarşılaşmanı Premyer Liqa hakimi Rauf Cabarov idarə edib.

Turun qalan oyunları sabah keçiriləcək.

Azərbaycan I Liqası
XXVI tur
14 may 

 “Şimal” – “Difai” 0:1

Qol: V.Ondo, 80.
Hakimlər: Rauf Cabarov, Rasim Axundov, Zakir Şükürzadə, Ruslan Quliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.

Избранный
50
fanat.az

1Источники