RU

"Türkiyə ilə sərhədlərin açılması Ermənistana yalnız müsbət təsir göstərəcək" - Paşinyan

“Türkiyənin yaxın günlərdə Ermənistanla sərhədini açacağı barədə heç bir məlumatım yoxdur, lakin belə bir şey baş verəcəyi təqdirdə çox sevinəcəyəm”.

Missiya.Az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan seçki kampaniyası zamaı jurnalistlərə müsahibəsi zamanı deyib.

"Mənim birbaşa məlumatım yoxdur, amma belə bir şeyin olduğu ortaya çıxsa, çox sevinərəm. Həmçinin bəzi müxalifət dairələrinin sərhədlərin açılması ilə bağlı qorxu atmosferi yaratdığını da gördüm. Onların dediklərindən belə çıxır ki, Türkiyə və Azərbaycan sərhədi bağlamaqla bizə daha bir yaxşılıq ediblər. Bu arada, 30 ildir ki, Ermənistan beynəlxalq platformalarda Türkiyə və Azərbaycanın onu blokadaya aldığından şikayət edir", - deyə siyasətçi vurğulayıb.

Paşinyan həmçinin Türkiyə ilə sərhədin açılmasının Ermənistana yalnız müsbət təsir göstərəcəyini bildirib.

Daşqın HəsənovMissiya.Az

Избранный
15
missiya.az

1Источники