ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 14 may, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən cari ilin yanvar-aprel ayları ərzində daşınmaz əmlak üzərində 115 min 613 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.
ƏMDX-dən AZƏRTAC-a bildirilib ki, qeydiyyata alınan mülkiyyət hüququnun 21 min 584-ü (18,7 faiz) ilkin, 94 min 29-u (81,3 faiz) isə təkrar qeydiyyatın payına düşür.
Yanvar-aprel ayları ərzində fərdi yaşayış və bağ evi üzərində – 24 min 821, mənzil – 28 min 300, torpaq sahəsi – 58 min 93, qeyri-yaşayış binası – 1072, qeyri-yaşayış sahəsi – 3096, əmlak kompleksi – 196 və çoxmərtəbəli yaşayış binaları üzərində – 35 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 31 min 544-ü Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.
Hesabat dövründə 80 min 383 texniki pasport tərtib edilib, 19 min 566 ipoteka müqaviləsi qeydiyyata alınıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.