RU

“Rusiya və Ermənistan arasında heç bir gərginlik olmayacaq” - Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanla Rusiya arasında gərginliyin artacağı ehtimalını istisna edir.

Missiya.Az xəbər verir ki, o bunu seçki kampaniyası zamanı jurnalistlərlə söhbətində müxalifət siyasətçilərinin Ermənistanla Rusiya arasındakı gərginliklə bağlı açıqlamalarına cavab olaraq deyib.

Paşinyan Ermənistanın ikinci Prezidenti Robert Köçəryanı, "Güclü Ermənistan" blokunun lideri Samvel Karapetyanı və "Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Tsarukyanı Ermənistanla Rusiya arasında münasibətlərdə gərginlik yaratmaq cəhdlərində ittiham edib.

“Tsarukyan, Kaluqalı, Köçəryan bizə casus Oniki xatırladır, onlar Ermənistanla Rusiya arasında gərginlik yaratmaq üçün hər şeyi edirlər. Bu, baş verməyəcək, birincisi, ona görə ki, Rusiya ilə mübahisə etmək bizim miqyasımız deyil, biz kiçik, təvazökar bir ölkəyik, digər tərəfdən isə AİB-nin tamhüquqlu üzvüyük. Köçəryan həmçinin Rusiyanın problem yaratmasını gözlədiyini də bildirib. Bunlar ucuz təxribatlardır, onlar buna nail ola bilməyəcəklər”, - deyə Paşinyan qeyd edib.

Daşqın HəsənovMissiya.Az

Избранный
14
missiya.az

1Источники