RU

Fariz İsmayılzadə: Azərbaycan ailə modeli xarici qonaqlar üçün maraqlıdır

Azvision portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azvision.az xəbər verir ki, bunu ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə Azərbaycan İlahiyyat İnstitutunda keçirilən “Ailə dəyərləri” mövzusuna həsr olunmuş tədbirdə deyib.

O bildirib ki, Azərbaycanın ailə modeli beynəlxalq müstəvidə, xüsusilə xarici mütəxəssislər tərəfindən yüksək maraqla qarşılanır: “Bizim institutda xarici ölkələrdən olan qonaqlarla mütəmadi görüşlər keçirilir. Bu görüşlər zamanı biz Azərbaycanın ailə modelini onlara təqdim edirik. Xarici qonaqlar qlobal təsirlərə rəğmən ailə institutunun ölkəmizdə necə bu qədər möhkəm qaldığını öyrənməkdə çox maraqlıdırlar”. F.İsmayılzadə vurğulayıb ki, tələbələrin bu cür görüşlərdə aktiv iştirakı Azərbaycan gəncliyinin ailəyə baxışını dünya ictimaiyyətinə çatdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir: “Gənclərimiz öz fikirlərini xarici mütəxəssislərlə bölüşürlər. Bu, həm də ölkəmizin beynəlxalq müstəvidə təbliği və tanıdılması baxımından çox önəmli platformadır”. S.Həsənova Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
57
azvision.az

1Источники