Dövlət Turizm Agentliyi (DTA) Avropa ölkələrində 2026-cı il üçün təbliğat xidmətlərinin yerinə yetirilməsinə 1 117 100 AZN xərcləyəcək.
Pravda.az-ın xəbərinə görə, Agentlik bu işi də “Vata” MMC-yə verib.
DTA və MMC arasında müqavilə bağlanıb. Təbliğat aparılacaq ölkələrin siyahısına Almaniya, İspaniya, İtaliya və Böyük Britaniya daxildir.
Cabir
Tarix: 14 May 2026, 08:51