RU

Valdas Dambrauskas: "Sabah" bu mövsüm mükəmməl mövsüm keçirdi"

"Sabah" futbol klubu bu mövsüm mükəmmələ bərabər mövsüm keçirib.

"Far.Az" xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas "Zirə"yə qarşı keçirdikləri Azərbaycan Kubokunun final oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis qalib gəldikləri qarşılaşmanı şərh edib:

"Futbolçularımı mövsüm boyu yaxşı çıxış etdiklərinə görə təbrik edirəm. Demək olar, mükəmmələ bərabər mövsüm keçirdik. 33 oyun məğlubiyyətsizlik seriyamız var idi. Bütün bunlar futbolçuların əməyidir. Çünki onlar əziyyət çəkirlər, məşqlərdə yaxşı işlər görürlər. Futbolçularım uğura ac idilər. Onlar cari mövsüm əla çıxış etdilər. "Zirə"ni də təbrik etmək istəyirəm. Onlar da çox yaxşı çıxış etdilər. Lakin sonradan üstünlüyü ələ alaraq qələbə qazanmağı bacardıq".

Qeyd edək ki, "Sabah" - "Zirə" oyunu "bayquşlar"ın 2:1 hesablı qələbəsi ilə bitib.

Избранный
53
1
far.az

2Источники