Rusiyalı UFC döyüşçüsü Arman Tsarukyan, Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi Həmzət Çimayevin məğlubiyyətinə görə amerikalı bloqçu Edin Rossa 50.000 dollar ödəyəcək.
Publika.az xəbər verir ki, Ross və Arman Çimayevlə amerikalı Şon Striklend arasında titul uğrunda döyüşün nəticəsinə mərc etmişdilər. Nəticədə Həmzət uduzdu və amerikalı bloqçu məhz buna mərc etmişdi.
“Döyüşdən sonra Arman mənə dərhal mesaj yazdı. Mən ona mesaj göndərdim: “50.000”. O isə cavab verdi: “Əlbəttə! Hakimi aldınız?”.
Amma döyüş alınmadı. Striklend raundlarda 3-2 hesabı ilə qalib gəldi”, – Ross yayım zamanı deyib.