RU

Avrokuboklardan kənarda qala bilərlər

Qol.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Avrokuboklardan kənarda qala bilərlər

Fransanın “Lion” klubu növbəti mövsümdə avrokuboklardan kənarda qala bilər.

QOL.az xəbər verir ki, “The Telegraph” nəşrinin məlumatına görə, UEFA klubun ötən yay imzalanmış maliyyə feyr-pleyi razılaşmasının şərtlərini pozduğunu müəyyənləşdirib. Bildirilir ki, maliyyə öhdəliklərinin ciddi şəkildə yerinə yetirilməməsi “Lion”un idman nəticələrindən asılı olmayaraq beynəlxalq turnirlərdə iştirakını sual altına salıb.

Mümkün diskvalifikasiya qərarının qüvvəyə minərsə, klubun avrokuboklardakı yerini digər Fransa təmsilçiləri olan “Marsel” və ya “Renn” tuta bilər.

Qeyd edək ki, “Lion” Fransa Liqa 1-də geridə qalan 33 turdan sonra 60 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
22
1
qol.az

2Источники