"Real"ın baş məşqçisi Alvaro Arbeloa Madrid klubundakı gələcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
QOL.az xəbər verir ki, "AS" nəşrinin məlumatına görə, ispaniyalı mütəxəssis La Liqanın 36-cı turu çərçivəsində keçiriləcək "Oviedo" ilə matçdan əvvəl təşkil olunan mətbuat konfransında bu mövzuda danışmaqdan boyun qaçırıb.
Arbeloa xüsusilə Joze Mourinyonun kluba mümkün qayıdışı və onun məşqçilər heyətində qalıb-qalmayacağı ilə bağlı sualları cavablandırmaqdan imtina edərək bütün diqqətini qarşıdakı oyuna yönəltdiyini vurğulayıb. O, gələcəyi ilə bağlı qərarını yalnız çempionat başa çatdıqdan sonra açıqlayacağını bildirib:
"Mənim fəlsəfəm özümü yox, "Real" üçün nəyin daha yaxşı olacağını düşünməkdir".
Qeyd edək ki, "Real" - "Oviedo" qarşılaşması mayın 14-də baş tutacaq.