RU

FHN Lökbatandakı yanğınla bağlı məlumat yaydı

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğın söndürülüb.
 
Bununla bağlı Moderator.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
 
Bildirilib ki, anbarda baş vermiş yanğın nəticəsində bir-birinə bitişik ümumi sahəsi 46 000 kvadratmetr olan müxtəlif təyinatlı malların saxlanıldığı anbar 21 000 kvadratmetr sahədə yanıb.
 
Anbarın qalan hissəsi yanğından mühafizə olunub.
 
Избранный
13
14
moderator.az

10Источники