RU

“Mən proqnozlaşdırıram ki, o, baş məşqçi vəzifəsində qalsa...”

“Bayern”in prezidenti Karl-Haynts Rummenigge, komandasının keçmiş baş məşqçisi Hans-Diter Flikin “Barselona”dakı fəaliyyəti barədə danışıb.

Sportinfo.az “Barca Times”-a istinadən xəbər verir ki, klub rəhbəri, almaniyalı mütəxəssisin uğurlarını yüksək qiymətləndirib:

“Flik heyəti yeniləyə-yeniləyə iki dəfə La Liqanı “Real”ın əlindən aldı. Bu, möhtəşəm nailiyyətdir.

Mən proqnozlaşdırıram ki, o, komandada qalsa, bu “Barselona” ilə UEFA Çempionlar Liqasını da qazanacaq”.

Flik 2024-cü ilin yayında Xavi Hernandesi əvəz edərək “Barselona”nın baş məşqçisi olub.

Komanda onun rəhbərliyi altında iki dəfə İspaniya çempionu olub, həmçinin, ölkə kubokunu və iki superkuboku qazanıb.

Избранный
84
sportinfo.az

1Источники