“Real Madrid”in futbolçusu Kilian Mbappe barədə yeni iddia ortaya atılıb. Metbuat.az xəbər verir ki, fransalı hücumçu mövsümün sonuna qədər “Santyaqo Bernabeu”da keçiriləcək oyunlarda meydana çıxmaq istəmir. “The Athletic” nəşrinin məlumatına görə, buna səbəb son həftələrdə azarkeşlərin futbolçuya qarşı sərt reaksiyası və tribunlardan yüksələn fit səsləridir. Mənbə qeyd edir ki, klub daxilində də Mbappenin davranışları və komanda ilə münasibətləri barədə narazılıqlar artıb. İddialara görə, bəzi futbolçular hücumçunun kollektivdən uzaqlaşdığını düşünür.