RU

MEK Şimali Kipr Türk Respublikasında keçirilən beynəlxalq forumda təmsil olunur

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 12 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov Şimali Kipr Türk Respublikasında keçirilən 3-cü “Yerli Qlobal Əməkdaşlıq Görüşləri”ndə iştirak edir.

MEK-dən AZƏRTAC-a bildirilib ki, beynəlxalq forum Türkiyənin “Hiperlink”, EBSCO və “Aicoor Bilgi Teknolojileri” şirkətlərinin birgə təşkilatçılığı ilə keçirilir.

Toplantıda kitabxanalarda süni intellektin axtarış sistemlərinə tətbiqi, eləcə də Türkiyə verilənlər bazasının türk ölkələri üçün daha əlçatan edilməsi məsələləri müzakirə olunur. Bununla yanaşı, rəqəmsal kitabxana xidmətlərinin inkişafı, beynəlxalq informasiya mübadiləsi və elmi resursların inteqrasiyası istiqamətində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılır.

Forumda müxtəlif ölkələrdən elm, təhsil və informasiya texnologiyaları sahələrinin nümayəndələri iştirak edirlər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
100
1
azertag.az

2Источники