"Cənab Prezident İlham Əliyev Azərbaycanın qazandığı Zəfərdən danışarkən demişdi ki, biz təkcə düşməni deyil, onların arxalarında dayanan qüvvələri də məhv etdik. Bu məsələdə biz də həssas olmalıyıq. Hələ də Azərbaycana və Türkiyəyə qarşı məkrli planlar həyata keçirmək niyyətində olan qüvvələr var".
Pravda.az xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov "Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır" mövzusunda keçirilən dəyirmi masada deyib.
"Mətbuatın bu məsələdə rolunu qeyd etmək lazımdır. Vaxtlı-vaxtında bu qüvvələrin əməllərini ifşa etmək çox vacibdir", - o bildirib.
Aytəkin Qardaşova
Tarix: 12 May 2026, 15:33