İtaliyada məktəbin yüksək sinif şagirdi tarix dərsinə Birinci Dünya Müharibəsindən qalma minaatan mərmisi gətirib. Hadisə ölkənin şimalındakı Modena şəhərində baş verib.
Herbiand.az bildirir ki, bu barədə Polşanın RMF24 radiostansiyası yazıb.
Şagird dərs zamanı çantasından mərmini çıxararaq sinif yoldaşlarına və müəllimə göstərib. Nəticədə məktəb təxliyə edilib. Dərslər dayandırılıb. Xoşbəxtlikdən, mərmi zərərsiz çıxıb.
Onun partlamamış bombanı haradan aldığı hələ də məlum deyil. Direktor zarafatı istisna edib. Məktəb hadisəni "məlumatsızlıq və sadəlövhlük" nümunəsi adlandırıb.
Şagird intizam tədbirlərinə cəlb olunacaq.
Bəxtiyar CƏFƏRLİ