RU

İran XİN  Avropaya xəbərdarlıq etdi: “Təhriklərə aldanmayın” 

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında bildirib ki, Hörmüz boğazı 28 fevrala qədər açıq olub və bölgədəki gərginliyin əsas səbəbi ABŞ və İsrailin addımlarıdır.

Vətəninfo.az xəbər verir ki, Avropa ölkələrinə də çağırış edən diplomat deyib ki, Vaşinqtonun və “sionist rejimin” regional təhriklərinə qoşulmaq Avropa üçün faydalı olmayacaq.

“Biz Avropa ölkələrinə açıq şəkildə bildirdik ki, onlar ABŞ və ya sionist rejimin regional məsələlərdəki təhriklərinin onlara istəmədən fayda verməyəcək bir böhrana sürükləməsinə icazə verməməlidirlər”, – deyə o, qeyd edib.

XİN sözçüsünün sözlərinə görə, bir sıra Avropa ölkələri bu müharibəni “qanunsuz, əxlaqsız və təcavüzkar” hesab edir və buna görə də ABŞ təzyiqlərinə baxmayaraq prosesə cəlb olunmayıb.

Избранный
21
2
veteninfo.az

3Источники