AZ

İran XİN Avropaya xəbərdarlıq etdi: “Təhriklərə aldanmayın”



Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında bildirib ki, Hörmüz boğazı 28 fevraldan əvvəl açıq olub və bölgədəki gərginliyin əsas səbəbi ABŞ və İsrailin addımlarıdır. Bəqayi Avropa ölkələrinə də çağırış edərək bildirib ki, Vaşinqtonun və "sionist rejimin" regional təhriklərinə qoşulmaq Avropa üçün faydalı olmayacaq. "Biz Avropa ölkələrinə açıq şəkildə bildirdik ki, ABŞ və ya sionist rejimin regional məsələlərdəki təhriklərinin onları istəmədən fayda verməyəcək bir böhrana sürükləməsinə icazə verməməlidirlər", – deyə o qeyd edib. XİN sözçüsünün sözlərinə görə, bir sıra Avropa ölkələri bu müharibəni "qanunsuz, əxlaqsız və təcavüzkar" hesab edir və buna görə də ABŞ təzyiqlərinə baxmayaraq prosesə cəlb olunmayıb.
Seçilən
83
2
baki-xeber.com

3Mənbələr