Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Avropa Birliyi ilə münasibətlərini geosiyasi baxımdan mühüm adlandırıb. Onun fikrincə, ölkənin AB-nin müdafiə təşəbbüslərində iştirakı ümumi maraqlara xidmət edir.
Bizimyol.info xəbər verir ki. bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya Departamenti məlumat verib.
“Regionumuzda baş verən son hadisələr Türkiyə-AB münasibətlərinin geosiyasi əhəmiyyətini bir daha göstərdi. Bu baxımdan, Gömrük İttifaqının yeni şərtlərə uyğun yenilənməsi prioritet və təxirəsalınmaz məsələlərdən biridir, tam üzvlük mərhələsinə qədər bu məsələ həllini gözləyir. Həmçinin, Türkiyənin AB-nin müdafiə təşəbbüslərində iştirakı ümumi maraqlara cavab verir”, – deyə Ərdoğan bu sözləri İstanbulda Belçika Kraliçası Matilda ilə görüşdə deyib.
Ərdoğanın sözlərinə görə, Türkiyə ilə Belçika arasında ticarətdən müdafiə sənayesinə, energetikadan kənd təsərrüfatına qədər müxtəlif sahələrdə əməkdaşlıq üçün böyük potensial mövcuddur. Türkiyə Prezidenti Belçika ilə əməkdaşlıqda əhəmiyyətli sahələrdən biri kimi yaşıl enerjini vurğulayıb: “Türkiyədə bərpa olunan enerji mənbələrinin gücü Avropada lider sıralarındadır”, - deyə qeyd edib.
Türkiyə 2005-ci ildən etibarən rəsmi olaraq AB-yə tam hüquqlu üzv olmaq üçün müraciət edir. Ərdoğan daha əvvəl bildirmişdi ki, hazırda Avropa Birliyi Türkiyəyə olduğundan daha çox ehtiyac duyur.
Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.