RU

Netanyahu o sənədləri məhkəməyə təqdim etməli olacaq Xəstəliyini gizlətməyə çalışırdı

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İsrail Baş naziri Benyamin Netanyahunun jurnalistlər Uri Misqav və Ben Kaspitə qarşı açdığı böhtan iddiası və Netanyahunun 2024-cü ildə ciddi bir xəstəliyə tutulduğunu iddia edən keçmiş Şin-Bet (Şabak) fəalı Qonen Ben Yitşaka qarşı Mərkəzi Rayon Məhkəməsində dinləmə keçirilib.

Netanyahudan jurnalistlərə qarşı açdığı böhtan iddiası çərçivəsində əvvəllər gizli saxlamağa çalışdığı prostat xərçəngi ilə bağlı bütün tibbi tarixçəsini və diaqnoz tarixlərini möhürlənmiş şəkildə məhkəməyə təqdim etməsi istənilib.  

Bu kontekstdə hakim Menaxem Mizraçi Netanyahunun bu yaxınlarda müalicə aldığı prostat xərçənginin təfərrüatlarını və xəstəliyin ilk dəfə diaqnoz qoyulduğu vaxtı özündə əks etdirən tibbi qeydlərini məhkəməyə təqdim etməli olduğuna qərar verib. 

Qeyd edək ki, Netanyahu jurnalistlər Ben Kaspit, Uri Misqav və İsrail daxili kəşfiyyat xidmətinin keçmiş fəalı Şin Bet (Şabak) Qonen Ben Yitşaka qarşı böhtan iddiası qaldıraraq, onun "ciddi xəstəliyi" olduğu iddialarına görə 500.000 şekel (təxminən 135.000 dollar) təzminat tələb etmişdi.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
34
azpolitika.info

1Источники