RU

İran körfəz ölkəsini raket atəşinə tutur

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava hücumundan müdafiə qüvvələri İrandan atılan raket və pilotsuz uçuş aparatlarının zərbələrini dəf edir.

Publika.az xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

Qurumdan bildirilib ki, hazırda ölkənin HHM sistemləri İrandan gələn raket zərbələrini və pilotsuz uçuş aparatlarını aktiv şəkildə zərərsizləşdirir. Müdafiə Nazirliyi təsdiqləyir ki, ölkənin müxtəlif bölgələrində eşidilən səslər Əmirliklərin hava hücumundan müdafiə sistemlərinin ballistik raketlərə, qanadlı raketlərə və pilotsuz uçuş aparatlarına qarşı fəaliyyətinin nəticəsidir.

Избранный
11
16
publika.az

8Источники