Konkret.az saytına istinadən ain.az xəbər verir.
Rusiyanın “Rossiya 24” telekanalında Ermənistanın “ardıcıl şəkildə anti-Rusiya siyasətinin mərkəzinə çevrildiyi” bildirilib.
KONKRET.az xəbər verir ki, telekanalın efirində İrəvanın Qərbin xeyrinə seçim etməsinin Avrasiya İqtisadi İttifaqı çərçivəsində mövcud preferensiyaları sual altına qoya biləcəyi iddia olunub.
Süjetdə Moldova ilə də paralellər aparılıb və bu ölkənin seçdiyi kursun mənfi nəticələr doğurduğu bildirilib.
Bundan başqa, Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvanda keçirilən sammitdə iştirakı da tənqid edilib.
Telekanalın iddiasına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan Kiyev üçün narahatlıq yarada biləcək mövzuları gündəmə gətirmir.
Natiq Səlim,
KONKRET.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.