RU

Bu gün rayonda “Neftçi”yə qarşı oynamayacaq 5 nəfər

“Karvan-Yevlax” Premyer Liqada qalmaq üçün son çabalarını göstərir.

29 turdan sonra 14 xalla turnir cədvəlinin sonuncu pilləsində yer alan aran təmsilçisi “Qəbələ”nin “Zirə”yə məğlub olmasından maksimum yararlanmağa çalışır.

Qarşıda duran məqsəd “Neftçi”ni məğlub edib “Qəbələ” ilə xal fərqini 3-ə endirməkdir, 32-ci turda bu komanda ilə şəxsi görüşdə daha bir qalibiyyət əldə etməklə vəziyyəti yaxşılaşdırmaqdır.

“Karvan-Yevlax” bu gün “Neftçi” ilə matça itkilərlə çıxacaq.

Kapitan Araz Abdullayev zədə səbəbindən oynamayacaq. Vitse-kapitan Elvin Yunudzadə isə özünə toy etdiyi üçün həftəiçi məşqlərdə iştirak edə bilməyib.

Əli Abdullayevlə İbrahim Qədirzadə də zədədən əziyyət çəkir. Qavi Tompson ötən tur qırmızı vərəqə aldığına görə cəzalı duruma düşüb.

Odur ki, adı çəkilən beş nəfər vacib görüşü kənardan izləyəcək.

Mayın 5-də Yevlax şəhər stadionunda keçiriləcək matçın start fiti saat 16:00-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Избранный
14
50
sportinfo.az

10Источники