RU

Almaniya hərəkətə keçdi - “Fulda” Hörmüz missiyası üçün yola düşdü

Almaniya Hörmüz boğazında mümkün missiyaya hazırlıq çərçivəsində “Fulda” minaaxtaran gəmisini Aralıq dənizinə göndərib.

Redaktor.az xəbər verir ki, "Kieler Nachrichten" nəşri bildirib ki, təxminən 40 nəfərlik heyətlə gəmi Almaniyanın Kiel şəhərində yerləşən hərbi dəniz bazasından yola düşüb.

Bildirilib ki, Hörmüz boğazında mümkün əməliyyatda iştirak üçün Almaniya parlamenti – Bundestaqın mandatı tələb olunur. Buna baxmayaraq, rəsmi Berlin parlament təsdiqi olacağı təqdirdə gəminin əməliyyat zonasına daha yaxın mövqedə olmasını planlaşdırır.

Qeyd olunub ki, Almaniyanın müdafiə naziri Boris Pistorius daha əvvəl Aralıq dənizinə mina gəmisi və dəstək gəmisi göndərilməsi planlarını açıqlayıb. O bildirib ki, Almaniyanın bu missiyada iştirakı üçün əsas şərt ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının dayandırılmasıdır.

Aminə ŞAHSUVARQIZI

 

Избранный
52
17
redaktor.az

10Источники