Almaniya kansleri Fridrix Merz Almaniyanın müəyyən şərtlər daxilində, o cümlədən hərbi vasitələrlə Hörmüz boğazında təhlükəsiz naviqasiyanın təmin edilməsində iştirak etməyə hazır olduğunu açıqlayıb.
Musavat.com xəbər verir ki, Merz Berlində Portuqaliyanın Baş naziri Luis Monteneqro ilə birgə mətbuat konfransında bu barədə danışıb: "Almaniya müvafiq şərtlər daxilində, o cümlədən hərbi vasitələrlə dənizlərin azadlığının təmin edilməsində iştirak etməyə hazırdır".
Almaniya kansleri həmçinin Almaniyanın ilk hərbi gəmisinin Aralıq dənizinə göndərilməsini təsdiqləyib, gəmi sonradan Hörmüz boğazına göndərilə bilər.
Mayın 4-də "Kieler Nachrichten" qəzeti Almaniyanın Hörmüz boğazında mümkün bir missiyaya hazırlıq məqsədilə "Fulda" mina gəmisini Aralıq dənizinə göndərdiyinə dair məlumat yayıb.
Musavat.com