RU

DTX-nin tutduğu şəxsə hökm oxundu

Xaricdə qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etməkdə təqsirləndirilən Real Nəbiyevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

"Yeni Sabah" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Real Nəbiyev 5 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Real Nəbiyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla saxlanılıb.

O, Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə ittiham elan olunub.


Telegram kanalımız
Избранный
10
9
yenisabah.az

10Источники