AZ

DTX-nin saxladığı şəxsə hökm oxundu

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan, xaricdə qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etməkdə təqsirləndirilən Real Nəbiyevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
BUTA.TVAPA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Real Nəbiyev 5 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Qeyd edək ki, Real Nəbiyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla saxlanılıb.

Real Nəbiyevə Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə ittiham elan olunub.

Seçilən
12
9
buta.tv

10Mənbələr