RU

Mingəçevirdə qəza: Xəsarət alan var

Mingəçevir şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Məcid Xəlilov idarə etdiyi “Toyota” markalı avtomobillə 1955-ci il təvəllüdlü Eldar Salmanlını vurub.

Qəza nəticəsində piyada xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

Избранный
9
50
bizim.media

10Источники