RU

Messinin rekordunu qırdı

ain.az bildirir, Qol.az saytına əsaslanaraq.

Messinin rekordunu qırdı

"Barselona"nın yarımmüdafiəçisi Pedri komandanın heyətində tarixi nailiyyətə imza atıb.

QOL.az xəbər verir ki, Kataloniya təmsilçisinin "Osasuna"ya 2:1 hesabı ilə qalib gəldiyi matç futbolçu üçün əlamətdar olub. Belə ki, Pedri bu görüşlə "Barselona"nın start heyətində 200-cü oyununa çıxıb.

O, 23 yaş 159 günlüyündə bu göstəriciyə çatmaqla klub tarixində ən gənc futbolçu olub və bununla da Lionel Messinin (23 yaş 227 gün) və Xavinin rekordlarını geridə qoyub.

Qeyd edək ki, yarımmüdafiəçi cari mövsümdə La Liqada 26 matçda iştirak edərək 2 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
12
22
qol.az

10Источники