RU

Ermənistan səfirliyinə BAŞQIN EDİLDİ: Səfirin seyfi OĞURLANDI

Ermənistanın Çexiyadakı səfirliyinin Praqa şəhərində yerləşən binasından naməlum şəxslər tərəfindən səfirə məxsus seyf oğurlanıb.

Musavat.com xəbər verir ki, bu barədə "Irozhlas" xəbər portalı məlumat yayıb.

Hadisə 2025-ci il dekabrın 9-da axşam saatlarında baş verib. Məlumata görə, iki nəfər olduğu müəyyən edilən oğrular ildırımötürücü vasitəsilə binanın ikinci mərtəbəsinin terrasına dırmaşaraq içəri daxil olublar. Polis bir neçə ay ərzində cinayətkarları tapsa da, hələlik heç bir nəticə əldə olunmayıb.

Soyğunçular səfirin kabinetinə girərək masasının siyirtmələrini sındırıb, iş otağında və ona bitişik istirahət otağında olan iki seyfi yerindən söküblər. Hər iki seyfi terasa çıxaran şəxslər onları aşağı atıblar. Onlardan biri cinayətkarlar tərəfindən aparılsa da, dekabrın 26-da səfirliyin yaxınlığındakı meşə-park zonasında tapılıb.

Qeyd olunur ki, bədxahlar seyfi aça bilməyiblər və içindəki bütün əşyalar yerində olub. Oğruların binaya vurduğu maddi ziyan təxminən 18 min kron (təxminən 900 dollar) dəyərində qiymətləndirilir. Ermənistan səfirliyi baş vermiş hadisə ilə bağlı hələlik heç bir şərh verməyib.

Musavat.com

Избранный
1
15
musavat.com

10Источники