AZ

Ermənistan preambulanı dəyişir?

Ermənistan ədliyyə naziri sənədin hələ tam hazır olmadığını deyir.

Musavat.com xəbər verir ki, Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan yeni konstitusiya layihəsinin dərc olunma tarixinin hələ müəyyənləşmədiyini bildirib.

Nazir jurnalistlərə açıqlamasında qeyd edib ki, sənəd üzərində iş davam edir və onun tam mənimsənilməsi üçün kifayət qədər vaxt olmayıb:

“Layihəni dərk etmək və dəyişikliklərlə bağlı təkliflər hazırlamaq üçün hələ kifayət qədər vaxtımız olmayıb”.

Qalyan vurğulayıb ki, qanunvericilik prosesində fikir ayrılıqları normal haldır:

“Biz heç vaxt birtərəfli qərarlar qəbul etmirik. Hər layihə üzrə fikir ayrılıqları olur, onlar müzakirə edilir və nəticə tapılır”.

Konstitusiya mətninin niyə hələ dərc olunmadığı ilə bağlı suala cavabında nazir bildirib ki, sənəd yalnız tam hazır olduqdan sonra ictimaiyyətə təqdim ediləcək:

“O zaman dərc olunacaq ki, hazır olacaq. Hazır deyil, deməli dərc olunmur. Biz qərar veririk ki, ictimaiyyətə təqdim etməyə hazırdır, yoxsa yox”.

Nazir əlavə edib ki, sənədin hissə-hissə dərc olunması variantı da müzakirə edilib, lakin hələlik yekun qərar qəbul olunmayıb.

Onun sözlərinə görə, Konstitusiyanın preambulası ilə bağlı bir neçə variant mövcuddur. Müstəqillik Bəyannaməsinə istinadın olub-olmaması ilə bağlı suala isə Qalyan belə cavab verib:
“Mətn hələ dərc olunmayıb, dərc ediləndə hər şeyi görəcəksiniz. Heç bir intriqa yoxdur”.

Musavat.com

Seçilən
16
musavat.com

1Mənbələr