RU

İran ABŞ İsrail müharibəsini dayandırmaq üçün Yaponiya və Cənubi Koreya ilə məsləhətləşir

Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İranın xarici işlər naziri Abbas Əraqçi Cənubi Koreya və Yaponiya xarici işlər nazirləri ilə regional və beynəlxalq vəziyyətlə bağlı danışıqlar aparıb.

Tasnim-in məlumatına görə, İrana qarşı aparılan ABŞ-İsrail müharibəsini dayandırmaq üçün görülən son diplomatik səylər barədə nazirlər məlumatlandırılıb.

Əraqçi telefon danışığında Cənubi Koreyanın xarici işlər naziri Cho Hyun ilə regional və beynəlxalq məsələləri müzakirə edib. Söhbət zamanı nazir müharibənin dayandırılması istiqamətində aparılan diplomatik prosesin son vəziyyəti barədə məlumat verib.

Əraqçi Yaponiya xarici işlər naziri Toşimitsu Motegi ilə də regional və beynəlxalq məsələləri müzakirə edib.

İranın xarici işlər naziri Yaponiya tərəfinə də ölkəsinə qarşı aparılan müharibənin dayandırılması üçün davam edən təşəbbüslər və səylər barədə məlumat verib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
24
50
apa.az

10Источники