AZ

Ceyhun Bayramov Əraqçi ilə DANIŞDI

1 may tarixində Azərbaycan və İran xarici işlər nazirləri arasında telefon danışığı baş tutub.

Redaktor.az xəbər verir ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında keçirilən telefon danışığında ikitərəfli münasibətlər və regiondakı mövcud vəziyyət müzakirə olunub.

Məlumata görə, Abbas Əraqçi İranın son sülh təşəbbüsləri və regionda müharibə vəziyyətinə son qoyulması istiqamətində mövqeyi barədə qarşı tərəfi məlumatlandırıb.

Tərəflər regionda sabitlik və təhlükəsizliyin təmin olunmasının, gərginliyin azaldılması istiqamətində səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Seçilən
20
50
redaktor.az

10Mənbələr