RU

Mayami Qran-prisinin startı pis hava şəraitinə görə başqa vaxta keçirilib

"Formula-1" maşınları sinfində avtoyarış üzrə dünya çempionatının dördüncü mərhələsi - Mayami Qran-prisində yarışın startı əlverişsiz hava şəraiti səbəbindən başqa vaxta keçirilib.

"Report" xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.

Yarış Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlkin olaraq start üç saat sonraya planlaşdırılırdı.

"Beynəlxalq Avtomobil Federasiyası, "Formula-1" və Mayamidəki yarışın təşkilatçısı arasında aparılan müzakirələrdən sonra, günün ikinci yarısında, yarışın ilkin planlaşdırılan başlama vaxtına gözlənilən hava proqnozuna görə start saatını dəyişdirmək qərarı qəbul edilib", - məlumatda bildirilir.

Mətbuat xidmətindən qeyd edilib ki, qərar yarışın keçirilməsinə mümkün maneələri minimuma endirmək və pilotların, komandaların və azarkeşlərin təhlükəsizliyini təmin etmək məqsədilə qəbul olunub.

Избранный
26
8
far.az

10Источники