RU

Əraqçi yaponiyalı həmkarı ilə telefona danışı

İranın xarici işlər naziri Abbas Əraqçi yaponiyalı həmkarı Toşimitsu Moteqi ilə telefon danışığı aparıb.

Publika.az xəbər verir ki, bu barədə A. Əraqçinin "Telegram" kanalında məlumat paylaşılıb.

"Bu telefon danışığı zamanı A. Əraqçi yaponiyalı həmkarını diplomatik proses, habelə ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibənin dayandırılması üzrə cari səylər və təşəbbüslərlə bağlı son hadisələr barədə məlumatlandırıb", - məlumatda bildirilib.

Bundan başqa, Yaponiyanın XİN başçısı ilə telefon danışığında ikitərəfli münasibətlər ətrafında da fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Избранный
52
50
publika.az

10Источники